UĞUR YENİLƏŞMƏDƏN DOĞUR

Dəmir yolu nəqliyyatı ölkə iqtisadi sisteminin əsas qollarından birini təşkil edir və dövlətçiliyin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan dəmir yolu nəqliyyatının inkişaf tarixinə nəzər salsaq, aydın olar ki, fəaliyyət göstərdiyi 139 il ərzində polad magistralın dövlətçilik ənənələrinin möhkəmlənməsində xidmətləri əvəzsizdir

Bu gün ölkəmizin dəmir yolu nəqliyyatı öz tarixinin yeniləşmə mərhələsini yaşayır. Əslində dövlət müstəqilliyinin qazanıldığı ilk illərdən başlayaraq, yeniləşmələrə start verilməliydi. Belə olan halda, daha mütərəqqi planların həyata keçirilməsi üçün zəmin yaranmış olardı. Amma iqtisadi sistemi mərkəzləşdirilmiş formada idarə olunan sovet hakimiyyətinin süqutundan sonra bütün təsərrüfat sahələrinin azad şəkildə yenidən qurulub yönəldilməsi asan başa gəlmədi. Nədən və necə başlamaq sualı günün əsas sualına çevrildi.

Şübhəsiz ki, böyük işlərin həyata keçirilməsi üçün təkcə arzu və niyyət yetərli deyil. Burda zəngin maliyyə qaynağının mövcudluğu əsas şərtlərdən biridir. İndi dəmir yolunun inkişaf istiqamətlərini şərtləndirən əsas məsələ də məhz bundan ibarətdir.

Məlumdur ki, dəmir yolunun bütün sahələr üzrə yeniləşməsinə son illərdə başlanılıb və bu yeniləşmələr axarlı şəkildə davam etdirilir. Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, 2015-ci lin əvvəlindən bəri aparılan islahatlara uyğun olaraq, 837 km yol əsaslı təmir olunub, 731 dəst yoldəyişən qurğu təzələnib. Vaqon təssərrüfatının yenilənməsi üçün 3101 ədəd müxtəlif tipli təzə yük vaqonu alınaraq istismara buraxılib.Bakı-Hacıqabul istiqamətində 226 km, Ucar-Tovuz istiqamətində 372 km yolda kontakt şəbəkəsi əsaslı təmir edilib. Böyük Kəsik, Ağstafa, Düyərli, Alabaşlı, Goran, ləki, Müsüslü, Sığırlı, Hacıqabul, Ələt, Lökbatan, Keşlə stansiyalarında 110/27,5/10 kv-luq dartı yarımstansiyaları tikilib.Yol, lokomotiv və sərnişin təsərrüfatlarında texniki bazaların möhkəmlənməsi üçün əsaslı layihələr həyata keçirilib. Ümumiyyətlə son illərin islahatları polad magistralada yeni bir mərhələnin başlanğıcıdır.

Dəmir yolunun fəaliyyətində əsas rol oynayan stansiyalarda yolların, inzibati binaların və texniki qurğuların istismara tam cavab verəcək səviyyədə olması həmişə problemli məsələlərdən olub. Amma son illərdə bu məsələlərin həllinə xüsusi önəm verilməsi , vəziyyətin müsbətə doğru dəyişməsinə xeyli təkan verib. Hazırda yolun Cənub istiqamərindəki Astara stansiyasında aparılan əsaslı təmir işləri dediklərimizə əyani sübutdur. Bu stansiyada yollar və yoldəyişənlər uzun müddətdən bəri əsaslı təmir olunmadığından, intensiv hərəkətə yararsız vəziyyətə düşmüşdü. Cari ilin aprel ayından “ Dəmiryolservis” MMC-nin kollektivi tərəfindən stansiya yollarının və yoldəyişən qurğuların əsaslı təmirinə start verildi. Müəssisənin direktoru Əli Əşrəf Lütfəlibəyovla söhbətimizdə o, qeyd etdi ki, Cənub istiqamətinə yük daşımalarının artan xətt üzrə davamlılığı sərhəd stansiyasında əsaslı işlərin görülməsi zərurətini yaratdığından, Cəmiyyət rəhbərliyinin xüsusi göstərişinə əsasən, aprel ayının əvvəllərində Astara stansiyasında yolların və yoldəyişən qurğuların əsaslı təmirinə başladıq. İlk vaxtlarda yolların sökülməsini və torpaq yatağının işlənməsini reallaşdırmağa başladıq. Neçə illərdi ki, əsaslı təmirə ehtiyac duyan stansiya yollarında torpaq yatağının işlənməsi gərgin bir prosesdir. Torpaqda sağlamlaşdırma işləri aparmaq üçün xeyli gərginliyə qatlaşmalı olursan. Həmçinin yollardan çıxan çirkli və yararsız ballastın toplanıb kənara daşınması müəyyən vaxt tələb edir. Məlumat üçün deyim ki, bütün bunlar işin etibarlı nəticə ilə sonuclanmasına hesablanır.İlk aylarda həyata keçirdiyimiz bu xarakterli işlər bizim prosesi rahat şəkildə irəli aparmağımıza kömək elədi.

Bu günə qədər 6400 p/m yolu və 11 dəst yoldəyişən qurğunu əsaslı təmir etmişik. 4733 p/m yolda relsləri uzunölçülü rels tipində qaynaq etmişik. Qarşıda daha 2500 p/m stanisiya və depo yolunun, eyni zamanda 15 yoldəyişən qurğunun əsaslı təmir edilməsi planlaşdırılıb. Bununla yanaşı, yol təmiri briqadalarımız Bakı- Sumqayıt-Bakı dairəvi yolunda və Biləcəri stansiyasının tək və cüt dairəvi yollarında təmir işləri ilə məşğuldurlar.

Ümumiyyətlə Bakı-Böyük Kəsik və Bakı-Sumqayıt istiqamətlərində yoların əsaslı təmiri layihələrinin uğurla həyata keçirilməsi stansiya yollarının da yenidən qurulmasına şərait yaratdı. Baş yollardan əldə olunan yarımyararlı materiallar hesabına ayrı-ayrı istiqamətlərdə xeyli işlər görüldü. Cənub istiqamətindəki Astara stansiyasında görülən işlər isə,

mahiyyətinə görə cox vacib və gərəkli işlərdir. Şimal- Cənub layihəsinin tərkib hissələrindən olan cənub istiqamətində uzun illərdən sonra yaranan canlanma dəmir yolunda əsaslı dəyişikliklərə meylin və istəyin təzahürüdür. Dünya nəqliyyat sisteminə inteqrasiya olunmağın yolu da məhz yeniləşmədən keçir.

Elbariz MƏMMƏDLİ
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
UĞUR YENİLƏŞMƏDƏN DOĞUR
 
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti