|
Azərbaycan Milli Hökuməti dövründə Seyid Cəfər Pişəvərinin katibəsi olmuş Xədicə Zəncani dünyasını dəyişib.
Kult.az xəbər verir ki, o, avqustun 2-də doğulduğu Xalxal şəhərində vəfat edib.
X.Zəncani 1945-ci ildə Təbriz Universiteti fəaliyyətə başladığı zaman universitetin tibb üzrə öyrəncilərindən olub. Azərbaycanlı xanım Azərbaycan Milli Hökuməti dövründə Xalxal Demokrat Qadınlar Dərnəyinin rəisi və hökumət başçısı Seyid Cəfər Pişəvərinin Xalxalda katibəsi vəzifəsində işləyib.
X.Zəncani həyat yoldaşı Nuruş Şirvani edam olunduqdan sonra Pəhləvi rejimi tərəfindən həbs edilib, sonralar digər azərbaycanlı silahdaşları kimi İranın cənub bölgəsinə sürgün edilib.
Azərbaycanlı xanım sürgünlük müddəti bitdikdən sonra doğma şəhəri Xalxala dönərək həkimliklə məşğul olub.