|
"Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, qatar da işləyir. Vətəndaşların bir hissəsi qatardan istifadə etsə də, yenə tıxaclar olur"
"Yol-xeber.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olarkən deyib.
Dövlət başçısı tıxacların aradan qaldırlması üçün Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədova tapşırıq verib. Prezident bildirib ki, yolun genişləndirilməsi üçün layihə hazırlansın.