Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Türkiyənin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihad Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Həmid Özpolad və Duru TV-nin baş müdiri Məhməd Canbekdən ibarət heyət Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.

 

Axar.az xəbər verir ki, millət vəkili Türkiyə nümayəndə heyətinin üzvlərinə Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumat verib.

O, eyni zamanda türkiyəli qonaqlara XX yüzillikdə Şərqdə ilk parlamentli respublikanın məhz Azərbaycanda qurulması və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə də danışıb.

Daha sonra Türkiyə nümayəndə heyəti millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşüblər.

Rövşən Rzayev qonaqlara Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyon qaçqın və məcburi köçkünün öz evlərinə dönə bilməməsindən söz açıb.

Komitə sədri bildirib ki, dövlət qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı işlər görməkdə davam etsə də, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına dönmək istəyirlər.

O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün qardaş ölkəyə təşəkkür edib.

Q.Paşayeva qeyd edib ki, Şanlıurfa və Battalqazi hər il çoxlu sayda festivallara, yerli və beynəlxalq konfranslara, sərgilərə ev sahibliyi edir:

“Yaxşı olardı ki, Azərbaycanın məcburi köçkün rayonlarını təmsil edən teatrlar, folklor musiqi qrupları, rəssamları, şair və yazarları həmin tədbirlərə dəvət olunsunlar. Bu addım düşmənə yaxşı mesaj olardı”.

Komitə sədri Türkiyənin bələdiyyələri ilə əməkdaşlığa açıq olduqlarını, onların keçirdiyi tədbirlərdə məcburi köçkün və qaçqınların iştirakına hər cür dəstək göstəriləcəyini bildirib.

Görüşün sonunda türkiyəli qonaqlar Dövlət Komitəsi ilə hər cür əməkdaşlığa dəstək verməyə hazır olduqlarını bildiriblər.

Bundan başqa, Türkiyə nümayəndə heyəti ilə millət vəkilinin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-də də görüş keçirilib.

Q.Paşayeva görüşdə bu ilin oktyabrında Şanlıurfa və Battalqazidə baş tutacaq Azərbaycan bulvarı və Qarabağ parkının açılışında Azərbaycan muğam musiqisi ifaçılarının iştirakını təmin etməyi öz üzərinə götürüb.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti