Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo Sinqapurda görüşüb.

Mövlud Çavuşoğlu görüşdən sonra jurnalistlərə açıqlamasında ABŞ və Türkiyənin mövcud problemlərlə bağlı birlikdə çalışmaq barədə razılığa gəldiyini bildirib. ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert də görüşdə bir çox məsələnin müzakirə edildiyini və konstruktiv söhbətin baş tutduğunu qeyd edib.

Görüşün nəticələri ilə bağlı Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayılın Axar.az-a müsahibəsini təqdim edirik:

- Görüşdən sonra Çavuşoğlunun açıqlamalarını necə qiymətləndirirsiniz?

- Çavuşoğlunun Pompeo ilə görüşü əslində Türkiyə və ABŞ arasında mövcud olan problemlərin həlli məsələsində bəlkə də ilk müsbət yöndə olan addımdır. Elə ilk açıqlamalar da müsbət istiqamətdə idi. Amma hələ ki, Türkiyə və ABŞ arasındakı problemlərin aradan qaldırılacağını demək üçün çox tezdir. Xüsusilə rahib Branson məsələsində ABŞ-ın təzyiqi və bunun üzərindən Türkiyəyə qarşı sanksiyalar irəli sürməsi təzyiqin davam etdiyini göstərir. Əslində ABŞ-ın davranış şəklinə baxanda görürük ki, Türkiyəyə istədiyini diqtə etmək istəyir. Amma problemin mahiyyətinin əsasını tutulan rahibin təşkil etdiyini düşünmürəm. Bu, daha dərin məsələdir. Münasibətlərin bu səviyyəyə çatmasının əsas səbəbi Türkiyənin Yaxın Şərqdə həyata keçirdiyi siyasət və Türkiyə-Rusiya əlaqələrinin getdikcə inkişaf etməsidir. Xüsusilə Türkiyə-Rusiya münasibətlərinin müsbət istiqamətdə inkişafından sonra ABŞ Türkiyəyə qarşı təzyiqləri artıraraq, bir növ Türkiyəni təkrar öz müstəvisinə çəkməyə çalışır. Çavuşoğlunun açıqlamalarını dəyərləndirdiyimiz zaman bir növ Türkiyənin ABŞ ilə dialoqa hazır olduğunu, eyni zamanda Türkiyənin hələ də ABŞ-a güzəştə gedəcək addımlar atmayacağını da söyləyə bilərik.

- ABŞ-ın Türkiyəyə sanksiya silsiləsi davam edə bilərmi?

- ABŞ-ın bu gün Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar əslində iki nazirə qarşıdır. Onların da ABŞ-da mal varlıqları və ciddi yatırımları yoxdur. Ona görə də bu sanksiyalar simvolik xarakter daşıyır. Bu da onu göstərir ki, ABŞ özü də Türkiyəyə qarşı çox ciddi sanksiyalar tətbiq etməyə tələsmir. Simvolik xarakterli təzyiq göstərir və dialoq yolunu üstün tutmaq niyyətindədir.

- Branson məsələsində Türkiyə güzəştə gedəcəkmi?

- Zaman göstərəcək. Branson məsələsində Türkiyənin ABŞ-ın tələblərinə güzəştə gedib-getməyəcəyi Ərdoğanın imici ilə birbaşa bağlıdır. Dolayısı ilə bu, o qədər də asan məsələ deyil. Burada ciddi bir qarşılıqlı razılaşmalar və görüşmələrin olması lazımdır. Həm ABŞ-ın, həm də Türkiyənin bir-birinə qarşı ata biləcəyi addımlar var ki, bu, münasibətləri daha da pisləşdirər. Məsələn, Türkiyənin əlində İncirlik hərbi bazasının amerikalıların üzünə bağlanılması və ABŞ ilə hərbi işbirliyinin durdurulması kimi fürsətlər var. Bunlar da ABŞ-ı çətin vəziyyətə salacaq təzyiq vasitələridir. Eyni zamanda, ABŞ-ın da Türkiyəyə qarşı addımlar atması mümkündür. Amma burada bir məsələni unutmayaq ki, ABŞ-ın Türkiyəyə qarşı Bransona görə sanksiya tətbiqinin əsil mahiyyəti, Vaşinqtonun dediyi kimi, insan haqlarının müdafiəsi məsələsi deyil. Bu məsələnin dərinliyinə baxsaq, ABŞ-ın zor gücünə öz istəklərini Türkiyəyə qəbul etdirməyə çalışdığı görünər. Bu da ABŞ-ın dünya ictimaiyyəti qarşısında imicinə çox ciddi zərbə vura bilər.

- ABŞ və Türkiyə arasında münasibətlər bundan sonra hansı xətt üzrə inkişaf edəcək?

- ABŞ birmənalı şəkildə bu gün dünya siyasətində sanksiyanı əsas silaha çevirib. Bunu biz Rusiyaya, İrana, Şimali Koreyaya qarşı siyasətdə də görürük. Krımın işğalı və ilhaqı, Ukrayna problemlərinə görə Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsini anlamaq mümkündür. Amma İrana qarşı sanksiya tətbiq etmək üçün ABŞ İranla nüvə razılaşmasından çıxdı. Bu da onun müttəfiqlərinin narazılığına səbəb oldu. ABŞ-ın bu cür davranışlarını dünya dövlətləri birmənalı qarşılamır.

İndi də Türkiyəyə qarşı sanksiya hədələri mövcuddur. ABŞ supergüc olaraq, öz dövlət maraqlarını önə çəkərək, hər kəsə təzyiq göstərərək, meydan oxuyaraq, öz siyasətini həyata keçirməyə çalışır.

Hazırda Türkiyə-ABŞ münasibətlərinin pozulması hər iki dövlətin zərərinədir. Bu problemlərdə də Menbiç məsələsində olduğu kimi, tərəflərin qısa zamanda anlaşma əldə edəcəyini və diplomatik görüşlər nəticəsində mövcud böhranı həll edəcəklərini düşünürəm.

Türkiyə müstəqil dövlətdir və burada alınan qərarlar Türkiyəyə aiddir. Günümüzdə bir dövlət digər dövlətə qarşı diqtə yolu ilə heç nə həyata keçirə bilməz. Bunun qarşısını almaq üçün beynəlxalq hüquq, beynəlxalq təşkilatlar var. Hansısa ölkə kefi istədiyi üçün digər dövlətlərə sanksiyalar tətbiq edə bilməz. Bu doğru hərəkət deyil. Bu cür hərəkətlər dünyanı da xaosa apara bilər.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti