ABŞ və Türkiyə aralarında olan fərqli mövqelər üçün ortaq bir nöqtədə razılığa gələcəkləri halda regionda olan bir çox məsələlərdə, o cümlədən İranla bağlı siyasətdə birgə hərəkət edə biləcəklər.

 

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşdırılması üçün ilk addımın ABŞ tərəfindən atılması buzları əridə bilər:

“ABŞ və Türkiyə arasında münasibətlərdə soyuqluq yaranan gündən demişdim ki, belə vəziyyət hər iki dövlətin maraqlarına ziddir və belə hal çox davam edə bilməz. Amma münasibətləri bu həddə gətirən səbəblər ortada var ikən əvvəlki səviyyədə əlaqələri bərpa etmək də çətin olacaq. Açıq deməsələr də bilirik ki, ABŞ və bir sıra Avropa ölkələri konkret Ərdoğan faktoruna görə Türkiyə ilə sərin münasibətdədirlər. Problemin pik həddə çatması isə dövlət çevrilişinə çəhd zamanı Fətullah Gülənə olan münasibətdən sonra olmuşdu”.

Ekspert Ərdoğanın özünə qarşı olan bu münasibətdən dolayı istəmədən Rusiya ilə yaxınlıq etməyə məcbur olduğunu düşünür:

“Sonradan Rusiyadan S-400 alınması ilə bağlı razılaşma, bir sıra iqtisadi layihələrdə birgə iştirak niyyətləri də bu səbəbdən doğmuşdu. Ona görə ilk addımı ABŞ atacaqsa, sonrakı mərhələdə Türkiyə daha fərqli siyasət yürüdəcək”.

Ekspert vurğulayıb ki, NATO ölkəsi olan böyük bir dövlətin uzun müddət belə bir vəziyyətdə qalması mümkün deyil:

“Türkiyəyə qarşı hər hansı sanksiyaların olması isə problemin həllində mövcud olan bütün vasitələrin tükənməsindən sonra ola bilər. Bu vasitələr isə tükənməyib və hazırda kifayət qədərdir”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti