|
Son vaxtlar planşet və mobil telefondan istifadə etsəm də, elə oldu ki, 6 ayadək bunlardan uzaq oldum.
Çünki öz işimdə get-gedə zəifləmənin baş verdiyini gördüm. Adi telefonla gəzirdim. Həmin vaxt öz işimə daha çox vaxt ayırdığımı hiss etməyə başladım. Bunu bir növ üz üzərimdə tətbiq etdim.
Bunu "Qarabağ" klubunun və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Real Tv-yə müsahibəsində deyib.
46 yaşlı mütəxəssis telefonun zərərli tərəflərindən danışıb: "Telefonun mənə bu dərəcədə mane olduğunu düşünürəmsə, görün, gənclərə, futbolçulara, idmançılara nə qədər zərəri var. Həqiqətən çətindir. Amma heç bir halda peşəkara mobil telefon, planşet mane olmalı deyil. Biz də hər toplantımızda futbolçularımıza, xüsusən də gənclərə bunları izah etməyə çalışırıq. Amma təəssüf ki, bunun faydası azdır. Hər halda bunun onların işlərinə mane olmamasına çalışırıq".