Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır

Qərb ekspertlərinin qənaətlərinə görə, Makron hakimiyyətinin Fransanı tədricən dərin tənəzzülə doğru sürüklədiyi artıq inkaredilməz reallıqdır... Əgər, uzunmüddətli ölkədaxili və xarici böhranlar nəzarətdən çıxarsa, Fransanın bir dövlət olaraq, "yumşaq çökmə" mərhələsinə keçidi qaçılmaz xarakter daşıya bilər...

Dünya yeni siyasi-hüquqi və maliyyə-iqtisadi sistemə keçid mərhələsindədir. Tramp adminstrasiyasının başlatdığı qlobal iqtisadi-ticari savaş bütün dünya dövlətlərinə birbaşa, yaxud dolayısı ilə təsir göstərir. Halbuki, buna qədər də dünya iqtisadiyyatında neqativ dalğalanmalar mövcud idi. Bəzi nəhəng dövlətlərin maliyyə-iqtisadi sistemində dərin böhranın ilkin əlamətləri özünü göstərməkdəydi. Və belə neqativ əlamətlərin müşahidə olunduğu dövlətlərin sırasında Fransa xüsusilə diqqəti çəkir.

"Ölkə.az" bildirir ki, Qərb ekspertləri də birmənalı şəkildə Fransa iqtisadiyyatının sürətlə gerilədiyini vurğulayırlar. Onların fikrincə, prezident Emmanuel Makronun siyasəti uğursuz olub və hazırda Fransa sosial-iqtisadi böhrana məhkumdur. Belə ki, Fransız İctimai Rəyi İnstitutu tərəfindən keçirilən rəy sorğusuna görə, əhalinin dörddə biri gündəlik xərclərini qarşılamaqda daimi çətinliklər yaşayır. Və bu, o deməkdir ki, yüksək təminatlı həyat şəraitinə vərdişli Fransa vətəndaşlarını yaxın gələcəkdə daha ağır dövr gözləyir.

makron-fr-Снимок.JPG (97 KB)

Onu da qeyd etmək lazımdır ki, Qərb ekspertləri Fransa iqtisadiyyatında zəifləməni və ya çökmə tendensiyasını əsasən bir neçə önəmli daxili və qlobal faktorların təsiri ilə izah edirlər. Onların fikrincə, 2022-ci ildən başlayaraq, Avropada enerji böhranı yaşanır, bu da istehsal xərclərini artırır.İnflyasiyanın artması isə əhalinin alıcılıq qabiliyyətini azaldır, bu isə daxili tələbatı zəiflədir. Digər tərəfdən, Makron hakimiyyətinin pensiya islahatlarına qarşı genişmiqyaslı etirazlar Fransada artıq sosial sabitliyi pozub. Etiraz dalğasının güclənməsi Fransanın investisiya cəlbediciliyinə mənfi təsir göstərir.

Digər tərəfdən, prezident Emmanuel Makronun iqtisadi siyasəti, xüsusilə də sosial sahələrdə kəsintilər və islahatlar, əhalinin əhəmiyyətli bir hissəsini yeni siyasi arayışlara yönəldib. Ona görə də, əhali arasında qeyri-bərabərliyi dərinləşdirməkdə suçlanan Makron hakimiyyəti Fransa cəmiyyətində siyasi-ictimai dəstəyi demək olar ki, itirib. Və bu yaxın gələcəkdə Fransada hakimiyyət dəyişikliyinə yol aça biləcək dərin siyasi böhranın önəmli əlaməti hesab edilir.

Eyni zamanda, Ukrayna müharibəsi, enerji böhranı və tədarük zəncirindəki problemlər Fransa kimi sənaye ölkələrin iqtisadiyyatına sarsıdıcı zərbələr vurmaqda davam edir. Avrozonada yaşanan ümumi iqtisadi durğunluq Fransa iqtisadiyyatına da təsirsiz ötüşmür. Gənclər arasında işsizlik yüksək olaraq qalır. Gəlir bərabərsizliyi artır, bu isə sosial sabitliyə zərbə vurur və daxili istehlakı daha da zəiflədir.

photo_605190.jpg (53 KB)

Qərb ekspertlərinin qənaətinə görə, əgər, Fransada iqtisadi çöküş tendensiyası davam edərsə, bu ölkə bir sıra ciddi risklərlə və təhlükələrlə üz-üzə qala bilər. Bu risklər həm iqtisadi, həm sosial, həm də siyasi sahələri əhatə edir. İqtisadi çətinliklər, işsizlik və sosial bərabərsizlik genişmiqyaslı narazılıqlara və küçə iğtişaşlarına səbəb ola bilər. Əhalinin gəlirləri azaldıqca, həyat səviyyəsi pisləşdikcə, cinayətkarlıq və qeyri-qanuni fəaliyyətlər də artar.

Fransa iqtisadiyyatını idarə edə bilməyən Makron hakimiyyətinə qarşı ictimai etimad daha da azalacaq, bu isə populist, radikal və ifrat sağ, yaxud sol siyasi qüvvələrin güçlənməsinə şərait yaradar. Dövlət institutlarına olan inam zəifləməkdə davam edərs, bu, idarəetmədə də xaos yarada bilər. Fransa Avropa Birliyinin əsas aparıcı ölkələrindən biri olduğundan iqtisadi zəiflik rəsmi Parisin bu ittifaqdakı liderlik roluna sarsıdıcı zərbə vuracaq. İqtisadi problemlər Avropa Birliyi daxilində parçalanma və Fransa kimi ölkələrin təsir gücünün azalması ilə nəticələnə bilər.

Onu da nəzərə almaq lazımdır ki, investorlar sabitlik olmayan ölkələrə sərmayə qoymaqdan çəkinirlər. Bu da iqtisadi dirçəlişi daha da çətinləşdirir. İqtisadi risklərin artması reytinq agentliklərinin Fransa ilə bağlı qiymətləndirmələrinə neqativ təsirlər göstərər. Buna paralel olaraq, gənc və ixtisaslı mütəxəssislər daha sabit ölkələrə köç etməyə meylli ola bilər. Bu isə Fransa iqtisadiyyatının gələcəkdə yenidən bərpa olunması üçün zəruri olan insan kapitalını zəiflədər.

makron-afrikajpg-1703890778.jpg (328 KB)

Göründüyü kimi, Fransa hələ də dünya liderliyinə iddia etsə də, əslində, hazırda bu ölkə müəyyən mənada, hətta dövlətçiliyə qarşı təhdidlərlə üzləşmək üzrədir. Bəzi Qərb ekspertlərinə görə, Fransada dövlətçiliyin tam çökməsi üçün iqtisadi zəifləmə ilə yanaşı, həm də genişmiqyaslı siyasi, sosial və təhlükəsizlik böhranlarının eyni vaxtda baş verməsi yetərli ola bilər. Və böyük ehtimalla bunun baş verməməsi üçün Fransa həm Avropa Birliyinin, həm də NATO-nun həlledici faktorlarına möhtac qala bilər.

Ancaq uzunmüddətli iqtisadi tənəzzül, sonu görünməyən sistemli siyasi böhran, müstəmləkə bölgələrinin və milli-etnik regionların müstəqillik fəaliyyəti, ifrat sağ və sol qruplar arasında kəskin toqquşmalar, vətəndaş qarşıdurmaları Fransa dövlətçiliyinə real təhlükə vəd edən faktorlar satılır. Əgər, uzunmüddətli ölkədaxili və xarici böhranlar nəzarətdən çıxarsa, Fransanın bir dövlət olaraq, "yumşaq çökmə" mərhələsinə keçidi qaçılmaz xarakter daşıya bilər.

Bu baxımdan, Makron hakimiyyətinin Fransanı tədricən dərin tənəzzülə doğru sürüklədiyi artıq inkaredilməz reallıqdır. Əgər, belə davam edərsə, Fransanın gələcək taleyi olduqca ciddi təhlükə qarşısında qala bilər. Və belə anlaşılır ki, əslində, Fransanın bir dövlət olaraq, iflası o qədər də uzaqda deyil.(musavat.com)

18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"
15 Aprel 2025 Putinin 9 may hədəfi - Trampın verdiyi möhlət bitir
15 Aprel 2025 Trampın Çin qərarı: Avropa fəlakətlə üzləşib

Xəbər lenti