|
Oxu.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda Azərbaycan idmançıları artıq iki dəfə Ermənistandan olan həmkarlarından güclü olduğunu sübut edə bilib.
Yunan-Roma güləşi üzrə yarışın gümüş medalçısı İslambəy Dadov 1/4 finalda sonradan bürünc medal qazanan, ötənilki dünya çempionatının mükafatçısı Slavik Qalstyana 7:4 hesabı ilə qalib gəlib.
Daha sonra dünya və Avropa çempionumuz Eldəniz Əzizli bürünc medal qazanmağa gedən yolda Rudik Mkrtçyana aman verməyib.
İdmançımız rəqibini o qədər o tərəf-bu tərəfə edərək xal alıb ki, baş hakim qarşılaşmanı dayandıraraq, Eldənizə vaxtından əvvəl qələbə verib (9:0).