|
Oxu.az xəbər verir ki, H.Nurməhəmmədov bu barədə “Sport24” nəşrinə danışıb.
“Bu qədər məşğul olmuşam, neçə illərdir idmandayam. Bu idman növündə demək olar ki, hər şeyə nail olmuşam. Heç kimlə döyüşmək istəmirəm”, - deyə 32 yaşlı H.Nurməhəmmədov bilririb.
O əlavə edib ki, hazırda peşəkar idmana geri qayıtmaq üçün heç bir səbəb görmür. Üstəlik anasını məyus etmək istəmir.
“Həyatda yanımda olan ən dəyərli şəxs anamdır, gəlin, məni anamı məyus edəcək şeylər vadar etməyə məcbur etməyin”, - deyə karyerasına başa vuran dağıstanlı idmançı vurğulayıb.