|
Report xəbər verir ki, bu barədə klub prezidenti Ali Koç açıqlama verib. O, "Mesut Ol" kampaniyası başlatdıqlarını diqqətə çatdırıb: "Ən azı bir sms rica edirəm. Telefonu olmayan uşaqlar ata-analarından sms göndərmələrini istəsinlər".
"Fənərbağça" fanatları "Mesut Ol" kampaniyasına böyük maraq göstəriblər. Onlar MESUTOL yazaraq, 1907-yə 20 dəqiqə ərzində 35 000 sms göndəriblər. Bu qədər qısa mesaj qarşılığında 700 000 türk lirəsi (160 494 manat) yığılıb. Bu yolla 2 milyon avro pul toplanılması nəzərdə tutulub. Klub Özilin formasının satışından da pul qazanmaq niyyətindədir.
Qeyd edək ki, hazırda "Fənərbağça"nın borcu 520 milyon avrodur. Mesut Özillə 2023-cü ilədək rəsmi müqavilə bağlanılacaq.