|
PSJ-nin futbolçuları Anhel Di Mariya və Markinyosun evləri soyulub. “Qafqazinfo” xəbər verir ki, futbolçuların ailələri evdə olarkən cinayətkarlar mənzilləri qarət ediblər və onları girov götürüblər.
“Nant”la oyun zamanı parislilərin idman direktoru Leonardo klubun baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib. Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və ailəsinin yanında olmaq üçün dərhal evə yola düşüb.
Qeyd edilir ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb, klub iki oyunçuya və onların ailələrinə tam dəstəyini təklif edəcək.