|
“Yuventus”un ulduzu oyunçusu Kriştianu Ronaldo növbəti dəfə etdiyi hərəkətlə gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, o, “Cenoa”ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra formasını yerə atıb.
Bir neçə saniyə sonra stadiondakı topdaşıyan uşaqlardan biri formanı yerdən götürüb. İtaliya mətbuatının yazdığına görə, Ronaldo məhz həmin topdaşıyanın xahişi ilə formasını yerə atıb.
Matçdan sonra turinlilərin çalışdırıcısı Andrea Pirlo da bununla bağlı açıqlama verib: “Ronaldo daim qol vurmaq istəyir. Onun əsəbiləşməsi normaldır. Buna görə cəzalanmayacaq”.
Xatırladaq ki, Ronaldo Portuqaliya millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçda hakimin onun təmiz qolunu qeydə almadığı üçün əsəbiləşib və kapitanlıq sarğısını yerə çırpmışdı.