|
"O, azərbaycanlı dostuna göndərdiyi videoda bundan bəhs edib.
“Azərbaycanın üç karateçisinin finala çıxması çox yaxşı nəticədir. Rafael Ağayevin dünənki döyüşləri dərsliklərə düşməlidir. Gənc karateçilər bundan faydalanmalıdır. O, həqiqətən dünya karatesinin “brilyantı”dır. Unikal idmançıdır. Onun zədəsi vardı, amma belə gözəl döyüşə görə əhsən düşür”.
Qeyd edək ki, Rafael Ağayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatının finalında iki il əvvəl Avropa Oyunlarının finalında məğlub olduğu Stanislav Qoruna (Ukrayna) ilə qarşılaşacaq. Bu görüş mayın 22-də olacaq.
36 yaşlı Rafael qalib gələcəyi halda, 12-ci dəfə öz çəkisində Avropanın ən güclü karateçisi olacaq.