error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING

Bu gün futbol üzrə Avropa çempionatının daha üç oyunu keçiriləcək.

A qrupunda bir, B qrupunda isə iki matç olacaq.

A qrupundakı Uels - İsveçrə görüşü Bakı Olimpiya Stadionunda olacaq. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır. Fransalı Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da start götürəcək.

Matça təxminən 6-7 min bilet satılıb. Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb. Komandalar heç vaxt heç-heçəyə razılaşmayıb.

İsveçrə qatıldığı son 3 nüfuzlu turnirdə DÇ-2014, AVRO-2016 və DÇ-2018-də qrupdan çıxmağı bacarıb. Hər üç yarışın 1/8 finalında uduzan komanda əvvəlki uğurunu növbəti dəfə təkrarlamaq istəyir. Uels isə 2016-cı ildə Fransadakı qitə çempionatının yarımfinal mərhələsinə kimi adlayıb.

B qrupunda turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika Rusiya ilə, Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gələcək.

Avropa çempionatı

A qrupu, I tur

17:00. Uels - İsveçrə

Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)

Dördüncü hakim: Srcan Yovanoviç (Serbiya)

Bakı. Bakı Olimpiya Stadionu

B qrupu

20:00. Danimarka - Finlandiya

23:00. Belçika - Rusiya

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

11 APRIL 2025 Azərbaycan güləşçisi erməni ilə qarşılaşacaq - SİYAHI
10 APRIL 2025 Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
09 APRIL 2025 “Real” belə darmadağın oldu, “İnter”in səfər qələbəsi - Video
08 APRIL 2025 Osimhen seçimini etdi: artıq ilkin anlaşma var
31 MARCH 2025 20 ölkədən 1000 idmançı Bakıda yarışacaq
28 MARCH 2025 Futbola 7 yeni qayda gətirildi - DİQQƏT!
27 MARCH 2025 "Qarabağ"ın və millinin futbolçusu Avropa klubuna keçir
26 MARCH 2025 Argentina Braziliyanı darmadağın etdi - Video
26 MARCH 2025 “Karyeramda bu qədər uduzmamışdım” - Fernandu Santuş
25 MARCH 2025 Azərbaycan Belarusa qarşı
24 MARCH 2025 DÇ-2026: Bu gün daha 6 görüş keçiriləcək
24 MARCH 2025 Azərbaycanın DÇ-nin seçmə mərhələsindəki sonuncu rəqibi məlum olub
22 MARCH 2025 Azərbaycan millisi 2025-ci ildəki ilk oyununda Haiti ilə qarşılaşacaq
21 MARCH 2025 Gürcüstan millisi Ermənistanı DARMADAĞIN ETDİ
18 MARCH 2025 Messi Argentina millisinin heyətinə düşə bilmədi
12 MARCH 2025 UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
12 MARCH 2025 Ramazanda necə idman etmək lazımdır?
06 MARCH 2025 “Fənərbaxça” “Reyncers”ə qarşı - AL-də 1/8 final başlayır
05 MARCH 2025 Ronaldoya 99 şallaq zərbəsi vurulacaq? - Evli qadını qucaqlayıb öpüb
05 MARCH 2025 “Liverpul” PSJ-yə, “İnter” “Feyenoord”a qarşı

Xəbər lenti