Xəta
  • Komponent yüklənərkən xəta: com_users, 1

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.

"Yol-xeber.az"ın məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri görüşüb.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Əlavə vaxtda İsveç azlıqda qalıb və yalnız son artırma dəqiqələrə qədər qapısını qoruya bilib. Lakin 120+1-ci dəqiqədə Andrey Şevçenkonun yetirmələri oyunun taleyini həll edib. 

Ukrayna millisi Avropa çempionatında tarixi nailiyyətə imza atıb.

1/4 finala yüksələn komandanın rəqibi isə İngiltərə olacaq.

Xəbər lenti