"Milan" "Barselona"nın futbolçusu ilə heyətini gücləndirmək istəyir.

İtaliya təmsilçisi Filip Koutinyo ilə yaxından maraqlanır. "Milan" "İnter"ə yollanan Hakan Çalhanoğlunun yerini 29 yaşlı braziliyalı ilə doldurmağı düşünür. 

A Seriyası klubunun bu yay Koutinyo üçün rəsmi təklif göndərəcəyi gözlənilir. 

Qeyd edək ki, 2023-cü ildə "katalanlar"la müqaviləsinin müddəti başa çatacaq Koutinyo 30 milyon avro satış dəyərinə malikdir.

Xəbər lenti