21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Axar.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "Dalğa Arena"da Norveçi qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz qrupda sonuncu oyunun oktyabrın 10-da səfərdə Norveç millisinə qarşı keçirəcək.

Əlavə edək ki, Azərbaycan millisi qrupda keçirdiyi 9 oyunda yalnız 2 xal qazana bilib. Komanda bu nəticə ilə sonuncu - altıncı pillədə qərarlaşıb və növbəti mərhələyə yüksəlmək şansını itirib.

Xəbər lenti