Güclü komandaya qarşı oynadıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışdıq.

Qrupumuzda iki favorit var - Norveç və Almaniya. Norveç artıq Almaniyanı məğlub edib. Bu gün iki futbolçuları oynamırdı, çünki əsas yığmalarına cəlb olunub. Pis oynamadıq. Rəqib üstünlüyə malik idi ki, bu da gözlənilirdi. Futbolçularımızın istəklə və sonadək mübarizə aparmaları sevindiricidir. Ümumilikdə komandamdan razıyam.

Sportnet.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov Bakıda Norveçə 1:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında deyib. 36 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- U-21 yığması I Diviziona buraxılsaydı, daha yaxşı omazdı?

- I Divizion elə səviyyədə turnir deyil ki, ora bu komandanı buraxasan. Bundan dividend almayacağıq. Premyer Liqada oynasaydıq, bu, bizə kömək olardı.

- Hansısa qapıçını milliləşdirmək istəyiniz var?

- Bu haqda düşünmürəm. Kamran İbrahimov potensiala malik qapıçıdır. Bu gün səhv etdi, ancaq ona etimad göstərirəm. Səhvlər üzərində öyrənirsən. Onu özüm bilərəkdən belə oyunlara buraxıram ki, "bişsin".

- Barış Ekincier əsas millinin UEFA Millətlər Liqasında oktyabr matçlarına dəvət ala bilər?

- İstərdim ki, futbolçularımdan kimsə çağırılsın. Barış ilk dəfə U-21-də əsas heyətdə meydana çıxdı. Ümid edirəm ki, növbəti tsikldə daha güclü yığmamız olacaq.

- Milli komanda Millətlər Liqasında uğursuz starta görə çox tənqid olunur...

- Həmişə olduğu kimi, nəticə yoxdursa, tənqid var. Qələbə varsa, tərif olacaq. Bizdə futbolu düzgün təhlil etmirlər. Çoxlu itkimiz vardı, oynayanlar yaxşı formada deyildilər. Mübarizə apardılar, daha yaxşı oynaya bilərdilər. Ümid edirəm ki, növbəti matçlarda formada olacaqlar. Farer adaları ilə matç finala bərabər olacaq. Nəticə olsa, vəziyyət dəyişəcək. Çünki bundan sonrakı 2 matçı evdə keçirəcəyik.

- Millidə lider yoxdur. Əsas yığmaya qayıtmağınız mümkündür?

- Çətinliklərdən qorxmuram. Lazım olsam, yenidən millidə oynayacağam. Ancaq indi belə kritik ehtiyac yoxdu. Hələ ki burada lazımam. Ona görə Azərbaycan futboluna bu sahədə fayda verməyə çalışıram. Uğursuzluq olsa, özüm çıxıb gedəcəyəm.

22 Noyabr 2024 Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
20 Noyabr 2024 Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
20 Noyabr 2024 "Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
20 Noyabr 2024 Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
19 Noyabr 2024 UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq
18 Noyabr 2024 “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi– Ronaldinyo haqqında bilmədikləriniz - Video
16 Noyabr 2024 Mayk Tayson Cek Paul yarışı başa çatdı - Qalib isə... FOTO
16 Noyabr 2024 UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək
15 Noyabr 2024 "Barselona" prezidenti COP29 üçün Bakıya gəlir
15 Noyabr 2024 Messi bu tarixdə Azərbaycana gəlir
14 Noyabr 2024 AFFA prezidenti Ronaldinyo ilə görüşdü
14 Noyabr 2024 Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı
13 Noyabr 2024 Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - Foto
13 Noyabr 2024 Ronaldinyo paylaşımında Bakı haqqında nə demişdi? - Video
31 Oktyabr 2024 Xanım boksçumuzdan tarixi uğur
30 Oktyabr 2024 Qara Qarayevin yeni klubu bəlli oldu - Baş məşqçi AÇIQLADI
29 Oktyabr 2024 Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib
24 Oktyabr 2024 UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq
22 Oktyabr 2024 UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək
21 Oktyabr 2024 “Mahirin qolu işimizi asanlaşdırdı” - Kloze

Xəbər lenti