Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olan minifutbol millimiz bu gün Vətənə dönüb.
Oxu.az xəbərinə görə, Elşad Quliyevin baş məşqçisi olduğu millimizi azarkeşlər, futbol ictimaiyyəti qarşılayıb.
Qeyd edək ki, millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.