|
Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan Velosiped Turu adı altında keçirilməsi planlaşdırılan tur ləğv edilib.
Axar.az xəbər verir ki, bu barədə Təbriz Velosiped İdmanı Heyətinin rəisi Nasir Huşyar məlumat yayıb. O, buna səbəb kimi “valyuta problemi”ni göstərib:
“Ötən illərdə olduğu kimi, turun keçirilməsi üçün hazırlıq işləri görülüb. Hətta müxtəlif komanda üzvlərinin qalacağı hotel, yarış üçün yollar da müəyyənləşdirilib. Lakin əsas problem ölkədə yaşanan valyuta məsələləri ilə bağlıdır. Tur 2018-ci ilin sonunadək keçirilə bilər. Yarışların mükafatı hazır olsa, dərhal tura start vermək mümkündür”.
Qeyd edək ki, Asiya Velosiped İdmanı Federasiyasının təqvimində “International Azerbaijan Tour” adı ilə qeydə alınan Azərbaycan Velosiped Turu 1986-ci ildən keçirilir. İran rejimi 2013-cü ildə Azərbaycan Velosiped Turunun adını dəyişdirərək İran-Azərbaycan Velosiped Turu adlandırılıb.