Ağır oyun oldu. Bizdə çox şey alınmırdı. Bu da başadüşüləndi.

Komanda dünən bir araya gəlmişdi. Buna baxmayaraq, futbolçuları təbrik edirəm. Altı gün sonra Portuqaliyada çətin oyunumuz var. "Sumqayıt"a uğurlar arzulayıram. Nazim Süleymanovun komandası oyundan-oyuna yaxşı oynayır. Düşünürəm ki, qarşıdakı matçlarda daha yaxşı nəticələlər əldə edəcəklər.

Report-un məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının IV turunda evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri mətbuat konfransından sonra deyib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün matçı izləyənlər arasında "Sportinq"in məşqçisi də var idi. Bəs "Qarabağ"dan Portuqaliyaya gedən məşqçi olacaq?

- Bilirdim ki, stadiona rəqibdən nümayəndə var. Bazar günü kubok matçı oynayırlar. Fikirləşirəm ki, oyunlarına getməyə ehtiyac olmayacaq. "Sportinq"in matçlarına baxmışam.

- Nazim Süleymanov hakimlikdən narazı qalıb...

- Həmkarımızın fikrinə normal yanaşıram. Qarşılaşmada bir sıra mübahisəli epiozdlar vardı. Hər hansı fikir bildirə bilmərəm. Hər oyundan sonra müxtəlif fikirlər olur. Fikirləşirəm ki, hələ qarşıda çox oyun var və belə müzakirələr olacaq.

- Araz Abdullayevin debüt matçında çıxışı sizi qane etdimi?

- Arazdan bu gün maksimum oyun gözləyə bilmərəm. Xeyli vaxtdır rəsmi oyun keçirmir. Sonuncu dəfə iyunda millinin heyətində Latviya yığmasına qarşı oynayıb. Abdullayev çox ciddi hazırlaşır və əvvəlki formasını bərpa etməyə böyük istəyi var.

- Bu gün AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etmədiniz. Hakimliklə bağlı çıxarılan qərara münasibətiniz necədir?

- Bəli, məni dəvət etmişdilər. Ancaq oyunumuz olduğuna görə iclasda iştirak edə bilmədim. Hakimlik nə qədər İcraiyyə Komitəsində müzakirə olunsa da, mənə aid sahə deyil. Neçə ildir bu məsələ, komitələrin birləşdirilməsi müzakirə olunur. Belə praktika olub. Mənə aid olmayan sahə olduğuna görə dərindən də maraqlanmamışam. Buna görə fikir bildirə bilmərəm. UEFA bəzən tələb edir ki, belə dəyişiklik olsun. Bu haqda informasiyam var. Dəyişikliyə normal yanaşmalıyıq.

22 Noyabr 2024 Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
20 Noyabr 2024 Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
20 Noyabr 2024 "Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
20 Noyabr 2024 Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
19 Noyabr 2024 UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq
18 Noyabr 2024 “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi– Ronaldinyo haqqında bilmədikləriniz - Video
16 Noyabr 2024 Mayk Tayson Cek Paul yarışı başa çatdı - Qalib isə... FOTO
16 Noyabr 2024 UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək
15 Noyabr 2024 "Barselona" prezidenti COP29 üçün Bakıya gəlir
15 Noyabr 2024 Messi bu tarixdə Azərbaycana gəlir
14 Noyabr 2024 AFFA prezidenti Ronaldinyo ilə görüşdü
14 Noyabr 2024 Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı
13 Noyabr 2024 Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - Foto
13 Noyabr 2024 Ronaldinyo paylaşımında Bakı haqqında nə demişdi? - Video
31 Oktyabr 2024 Xanım boksçumuzdan tarixi uğur
30 Oktyabr 2024 Qara Qarayevin yeni klubu bəlli oldu - Baş məşqçi AÇIQLADI
29 Oktyabr 2024 Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib
24 Oktyabr 2024 UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq
22 Oktyabr 2024 UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək
21 Oktyabr 2024 “Mahirin qolu işimizi asanlaşdırdı” - Kloze

Xəbər lenti