|
UEFA Çempionlar liqasının qrup mərhələsində 18 sentyabrda oynanılacaq “Liverpul” - PSJ qarşılaşmasını türk hakimlər briqadası idarə edəcək.
Axar.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında informasiya yayılıb.
Liverpulda keçiriləcək qarşılaşmanın baş hakimi Cüneyt Çakır, onun köməkçiləri isə Bahəddin Duran və Tarık Onqun olacaq. Qarşılaşmanın dördüncü hakimi Mustafa Əmrə Eyisoy, əlavə köməkçi hakimləri isə Hüseyn Göçək və Barış Şimşək təyin edilib.