|
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
Köhlən atlar” Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
İkinci hissəyə də fəal başlayan Ağdam klubu 48-ci dəqiqədə Zubirlə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin onun zərbəsindən sonra top müdafiəçilərə dəyərək, qapı xəttini tərk edib. 50-ci dəqiqədə Kadi Borges uzaq məsafədən çərçivəni nişan alsa da, fərqin böyüməsinə Stanek imkan verməyib. 53-cü dəqiqədə Almeyda zədələnərək meydanı tərk edib. Onu Marko Yankoviç əvəzləyib. 58-ci dəqiqədə hesab bərabərləşib. Şahruddin Məhəmmədəliyevin çıxışda səhvə yol verməsindən sonra Yan Kopits topu qapıdan keçirib. 65-ci dəqiqədə Ozobiç asmasını Bəhlul Musatafazadə başla qapıya göndərsə də, zərbəsində dəqiqlik çatmayıb. 73-cü dəqiqədə isə “Viktoriya” hesabda önə keçib. Yan Kliment 2-ci topu Azərbaycan təmsilçisinin qapısından keçirib. 75-ci dəqiqədə Kalvaxın zərbəsini Məhəmmədəliyev çətinliklə dəf edib. 83-cü dəqiqədə Kadi Borges sol cinahda 2 rəqibini keçib yerlə ötürmə versə də, top ikinci hissədə meydana daxil olan Ramil Şeydayevə çatmayıb. 85-ci dəqiqədə Şeydayevin vurduğu top qapıdan azca aralı keçib. 90-cı dəqiədə Kvabena Ovusunun zərbəsi təhlükəli alınsa da, hədəfdən yayınıb.
Beləliklə, Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.
***
Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda 3-cü qol vurulub.
Plzen təmsilçisi 2-ci topu "köhlən atlar"ın qapısından keçirməklə, hesabı öz xeyrinə dəyişib - 2:1.
***
Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab bərabərləşib.
58-ci dəqiqədə meydan sahiblərindən Yan Kopits tarazlığı bərpa edib.