|
"Sportinq" ötən mövsüm Avropa Liqasında yaxşı çıxış edib.
Komanda yalnız "Atletiko"ya uduzub. Bu, bizim yaxşı işlər görə biləcəyimizə işarədir.
Report xəbər verir ki, bunu Portuqaliya "Sportinq"inin baş məşqçisi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la oyun barədə danışarkən deyib.
58 yaşlı mütəxəssis qarşıdakı matçda yaxşı nəticə qazanmağın önəmli olduğunu vurğulayıb: "Sabahkı oyuna köklənməliyik. Rəqiblərimizdən daha çox qol vurmalıyıq".
Portuqaliyalı baş məşqçi "Qarabağ" barədə də danışıb: "Rəqib son beş mövsümdə 5 dəfə ölkə çempionu olub. "Sportinq"i məğlub edən "Atletiko" ilə heç-heçə edib. Topla oynamağı sevən komandadır. Biz rəqibimizi yaxşı tanıyırıq. Avropa Liqasında yaxşı başlanğıc etmək vacibdir. Bizim oyun planımız və strategiyamız var. Lakin "Qarabağ" haqqında daha çox şeyləri araşdırmalıyıq.
Joze Pezeyru zədəli futbolçu Bas Dost barədə də fikirlərini bölüşüb: "Bas Dostuy əvəz edəcək başqa futbolçularımız var. O, tezliklə sıraya qayıtmalıdır".
O, son olaraq Portuqaliya klubunun azarkeşlərinə səslənib: "Komandaya dəstək olmaq üçün azarkeşlərə müraciət edirəm. Ümid edirəm ki, sabah hamınız stadionda olacaqsınız".
Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.