|
Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürəcək U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, yarışın ilk günündə 55 kq çəki dərəcəsində çıxış edən Nihad Quluzadə 1/4 final mərhələsində Artyom Deleanu (Moldova) / Giorgi Toxadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
63 kq çəkidə çıxış edən Ziya Babaşov 1/8 finalda Endi Xuan Suçla (İspaniya) görüşəcək.
87 kq-da mübarizə aparan Laçın Vəliyev eyni raundda Andreas Vaelislə (Estoniya), 130 kq-dakı Sərxan Məmmədov Damir Zuparovla (Qazaxıstan) güləşəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.