|
AFFA Almaniyada "Leyptsiq" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin V tur oyunu zamanı erməni azarkeşlərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək.
Bu barədə "Report"a açıqlamasında milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.
AFFA rəsmisi məsələ ilə bağlı məlumatlarının olduğunu vurğulayıb: "Müvafiq şəkildə sənədlər hazırlanıb, UEFA-ya müraciət ünvanlanacaq".
Qeyd edək ki, təxribatçılar tribunada Qarabağdakı separatçıların "bayrağı"nı asıblar. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.