|
İsveçrə rusiyalı biznesmen Roman Abramoviçə ölkədə yaşamaq izni verməyib.
Axar.az xəbər verir ki, rəsmi Bern buna səbəb kimi Abramoviçin ölkəyə təhlükə yaratmasını göstərib. İsveçrə polisi Abramoviçi çirkli pulların yuyulmasında və kriminal dairələrlə əlaqələrdə ittiham edib.
Qeyd edək ki, Abramoviç Rusiyanın ən zəngin iş adamlarından biridir. O, Rusiya ilə birgə Britaniya vətəndaşlığına da sahibdir.