“Neftçi”nin futbolçusu Emin Mahmudov Topaz Premyer Liqanın 7-ci turunda “Sabah”a qalib gəldikləri (2:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, oyunda ilk qolun müəllifi olan millimizin yarımmüdafəçisi əvvəlcə görüş haqda danışıb:

- Oyun çətin keçdi. Çünki “Sabah” heç də zəif komanda deyil. Azərbaycan çempionatında zəif komanda yoxdur. Meydana çıxıb rahat qələbə qazanacağın rəqib tapa bilməzsən. “Sabah” da onlardan biridir. Bu gün sona qədər “döyüşdük”. Çünki mübarizə aparmadan, “döyüşmədən” heç nə əldə edə bilməzsən.

- İlk dövrəni lider kimi başa vurdunuz. Komandanın potensialı bunu davam etdirməyə imkan verirmi?

- Biz yalnız qarşıdakı oyunu düşünürük. Növbəti rəqibimiz isə “Qəbələ”dir. Çempionat hələ mayda bilinəcək. Buna isə çox vaxt var. Bütün fikrimiz qaşıdakı görüşdə qələbə qazanmaqdır.

- “Qarabağ”ın eyni zamanda avrokuboklarda iştirak etməsini sizin üçün üstünlük saymaq olarmı?

- Mən belə düşünmürəm. Digər matçları unudub yalnız “Qarabağ” barədə düşünsək, bizdə heç nə alınmaz. Biz öz oyunlarımızı düşünməliyik, “Qarabağ”ı yox.

- Millinin Millətlər Liqasının qrup mərhələsində Farer adaları və Malta ilə oyunlarına dəvət gözləyirsizmi? Bu iki matçda 6 xal toplamaq mümkündürmü?

- Dəvətlə bağlı Qurban müəllimdən soruşmaq lazımdır. Dəvətin olub-olmayacağını bilmirəm. Əgər çağırılsam, bütün gücümlə çalışacam ki, milliyə kömək edim. Əlbəttə ki, çətin oyunlar olacaq. Heç bir rəqib zəif deyil. Hər şey mümkündür. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə istəyimizə nail olarıq. Bilirik ki, onlar indi bizdən razı deyillər. Çünki istədikləri nəticələri əldə edə bilməmişik. Çalışacağıq ki, qələbələr qazanaq və onları razı salaq. Bu, bizim üçün çox vacibdir.

- Ramil Şeydayev sosial şəbəkə vasitəsilə “Qarabağ”ın oyunçusu Mahir Mədətova dəstək nümayiş etdirib. Mahirin “Arsenal”la dünənki görüşdə fitə basılmasına sizin münasibətiniz necədir?

- Ramil doğru addım atıb. Hər bir futbolçunun uğursuz dönəmi ola bilər. Görürəm ki, Mahir uğurlu çıxış üçün çox çalışır. Ola bilsin ki, istədiyi kimi alınmır. Digər tərəfdən Mədətovun pis oynadığını düşünmürəm.

“Arsenal”la matçdakı mübarizəsi xoşuma gəldi. Düzdür, qol vurmaq üçün şansları oldu. Hər bir futbolçu “qara zolağ”a düşə bilər. Ona dəstək olmaq lazımdır.

- Sizi və Ramil Şeydayevi Azərbaycan millisinə dəvət etmək mümkün oldu. Ancaq Ayaz Quliyevlə Azər Əliyevi hələ də razı sala bilmirlər. Onların yığmaya qatılması nə dərəcədə realdır və bu futbolçular milliyə kömək edə bilərlərmi?

- Seçim haqqı futbolçuların özlərindədir. Əgər Rusiya yığmasını seçsələr, deməli, klub karyeralarını düşünürlər. Çünki mən orda olarkən Azərbaycan millisini seçən kimi, əcnəbi statusu verdilər, limitə düşdüm. Rusiyada isə bu vəziyyətdə oynamaq çox çətindir. Çünki ora böyük pullarla əcnəbilər gətirirlər. Limitə düşən gənc oyunçu üçün heyətə düşmək çox çətin olar. Öz seçimləridir. Əsas odur ki, uğur qazansınlar. Ümid edirəm ki, bunu Azərbaycan millisində edərlər.

22 Noyabr 2024 Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
20 Noyabr 2024 Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
20 Noyabr 2024 "Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
20 Noyabr 2024 Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
19 Noyabr 2024 UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq
18 Noyabr 2024 “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi– Ronaldinyo haqqında bilmədikləriniz - Video
16 Noyabr 2024 Mayk Tayson Cek Paul yarışı başa çatdı - Qalib isə... FOTO
16 Noyabr 2024 UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək
15 Noyabr 2024 "Barselona" prezidenti COP29 üçün Bakıya gəlir
15 Noyabr 2024 Messi bu tarixdə Azərbaycana gəlir
14 Noyabr 2024 AFFA prezidenti Ronaldinyo ilə görüşdü
14 Noyabr 2024 Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı
13 Noyabr 2024 Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - Foto
13 Noyabr 2024 Ronaldinyo paylaşımında Bakı haqqında nə demişdi? - Video
31 Oktyabr 2024 Xanım boksçumuzdan tarixi uğur
30 Oktyabr 2024 Qara Qarayevin yeni klubu bəlli oldu - Baş məşqçi AÇIQLADI
29 Oktyabr 2024 Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib
24 Oktyabr 2024 UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq
22 Oktyabr 2024 UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək
21 Oktyabr 2024 “Mahirin qolu işimizi asanlaşdırdı” - Kloze

Xəbər lenti