|
Türkiyənin “Qalatasaray” klubu “əsrin döyüşü”ndə irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini müdafiə edən Həbib Nurhəməmmədovu İstanbula dəvət etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Türkiyənin ən titullu klubu sosial şəbəkələrdə “Qalatasaray” forması ilə bir çox fotosunu paylaşan idmançını Çempionlar liqasının qrup mərhələsində oktyabrın 24-də Ali Sami Yen İdman Kompleksi “Türk Telekom” arenada keçiriləcək “Şalke” ilə qarşılaşmaya dəvət edəcək.
Qeyd edək ki, “Qalatasaray” klubu Nurməhəmmədovun Konor üzərində qələbəsini idmançının yeniyetməlik illərində klubun forması ilə çəkdirdiyi şəkillə təbrik etmişdi.