|
Qadın voleybolu üzrə Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev istefa verib.
Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar məşqçilik karyerasını başa vurub.
Lakin o, məşqçiliyi atsa da, Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsini icra etməkdə davam edəcək.
Bundan başqa, millimizin aparıcı üzvlərindən olan Natalya Məmmədova da yığma ilə vidalaşıb. Karyerasını Qazaxıstanın “Altay” klubunda davam etdirəcək Məmmədova bir daha millimizin formasını geyinməyəcəyini açıqlayıb. O bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.
Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığma növbəti raunda vəsiqə qazana bilməyib.