Qarışıq döyüş növlərinin (MMA) UFC 229 turniri “pey-per-vyu” (baxış üçün pul ödəmək) abunəçilərinin sayına görə rekord vurub.

Axar.az xəbər verir ki, turniri izləmək üçün 2.4 milyon abunəlik satılıb.

Siyahıda ikinci və üçüncü yerləri irlandiyalı Konor Makqreqorun 2016-cı ildə amerikalı Neyt Diasa qarşı keçirdiyi görüşlər (1.6 və 1.65 milyon) tutub.

Turnirin əsas hadisəsi UFC 229 versiyası üzrə Həbib Nurməhəmmədov və Makqreqorun yüngül çəkidə çempion adı uğrunda döyüşü olub.

Xəbər lenti