|
İrlandiyalı döyüşçü Konor Makqreqor mart ayının 16-da döyüş meydanına qayıdacaq.
Axar.az xəbər verir ki, bu barədə idmançının məşqçisi Con Kavana danışıb.
Onun sözlərinə görə, elə məhz həmin gün də Makqreqorun Həbib Nurməhəmmədovla revanş görüşü baş tuta bilər.
“Həbib Nurməhəmmədovla olacaq, yoxsa yox, dəqiq deyil, ancaq istənilən halda biz 16 mart variantı üzərində dayanmışıq. Yaz aylarında bir çox variant, o cümlədən iyulda keçiriləcək Beynəlxalq Döyüş Həftəsi var. Konor Həbiblə görüşüb renavş almaqda maraqlıdır. Mən Konorda Həbibdən başqa kimləsə görüşməyə maraq hiss etmirəm. Entoni Pettis və Toni Ferquson əla döyüşçülərdi. Ancaq əmin deyiləm ki, Konor Həbibdən başqa kimləsə görüşməyə maraq istəkli olsun. Nurməhəmmədovdan revanş almaq istəyi Konor içində əsl alov yaradıb”, - məşqçi bildirib.
Yüngül çəkidə UFC 229 versiyası üzrə dünya çempionu Həbib Nurməhəmmədovun əmisi Aleks Nurməhəmmədov isə öz növbəsində irlandiyalı döyüşçünün Həbib Nurməhəmmədova revanş döyüşü üçün 15 milyon dollar təklif etdiyini açıqlayıb.
“O, Həbib üçün maraqlı deyil. Həbib onunla hər hansı bir məbləğə görə vuruşmayacaq. Bilirəm ki, onlar revanş istəyirlər. Həbib razılaşsa, başlanğıc üçün 15 milyon təklif edirlər. Ancaq Həbib “yox” dedi. Qoy Konor növbədə dursun, başqaları ilə döyüşsün. Həbib isə Ferqusanla döyüşmək və daha sonra karyerasını sonlandırmaq istəyir”, - Aleks Nurməhəmmədov deyib.
Qeyd edək ki, 6 oktyabrda keçirilən Makqreqor-Nurməhəmmədov qarşılaşmasında rusiyalı idmançı 4-cü raundda boğucu fənd tətbiq edərək qələbə qazanmışdı.