|
UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olub.
Yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”lə qarşılaşıb. Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə məhsuldar heç-heçə (2:2) qeydə alındığı üçün Karlo Ançelottinin komandası adını finala yazdırıb.
Qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi Almaniyanın “Borussiya Dortmund” komandası olacaq.