|
İngiltərəli keçmiş futbolçu David Bekhem moda dizayneri Viktoriya Bekhem ilə 19 illik evliliyi haqqında danışıb.
Axar.az xəbər verir ki, o, Avstraliya televiziyasına müsahibəsində 19 il evli qalmağın hər zaman çətin olduğunu söyləyib.
“Evli qalmaq vaxt keçdikcə daha da çətinləşir, qarışıq hal alır. Amma bəzən kiçik şeylər böyük fərqlər yarada bilir. Bunu uşaqlarımla birlikdə ikən daha yaxşı anladım”, - Bekhem bildirib.