Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final oyunlarına yekun vurulacaq.
Baş tutacaq iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.
Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki "Alyans Arena"da keçiriləcək.
Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Leyptsiq şəhərindəki "Red Bull Arena"da reallaşacaq.