|
Son zamanlar adı müğənni Berkay Şahinlə davada hallanan Başakşehir klubunun futbolçusu Arda Turan matçlardan birində fitə basılıb.
“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi xəbərə görə, Konyaspor- Başakşehir qarşılaşmasının 83-cü dəqiqəsində Kerim Freinin yerinə oyuna daxil edilən Turan hər dəfə topu əlinə aldıqda azarkeşlər tərəfindən fitə basılıb.
Qeyd edək ki, Arda turan gecə klublarından birində Berkay Şahinin həyat yoldaşı Özlem Şahinə sataşdıqdan sonra sənətçinin burnunu qırıb, ona qarşı silah çəkib.