Bordini və rəqib komandanı təbrik edirəm. Oyundan sonra sıxlıq olduğu üçün yaxınlaşa bilmədim.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Toaz Premyer Liqasının 9-cu turunda səfərdə “Neftçi”yə uduzduqları oyundan (1:3) sonra təşkil edilən mətbuat konfransında deyib.

Qurbanov məğlubiyyətə görə, futbolçularla ayrı-ayrılıqda danışacağını bildirib:

“Bu, idmandır. Futbolçular həmişə gərgin qrafikdədilər. Amma belə oyunlara, məğlubiyyətlərə hazır olmalıyıq. Danışılası bir şey yoxdur. Oyun və nəticə barədə hər bir futbolçu ilə ayrılıqda danışacam. Futbolçuların yanında olmalıyam. Belə vəziyyətlər çox olub. Biz istəkli komandayıq. Sadəcə, səhvər olur. Bunları aradan qaldırmalıyıq. Daha möhkəm kollektiv olaraq qarşıdakı oyuna hazırlaşmalıyıq. İradlar olacaq, bunu başa düşürəm. Biz hər oyuna qələbə istəyi ilə çıxırıq”.

- Nə vaxta qədər futbolçuların yanında olacaqsınız, məsuliyyəti öz üzərinizə götürəcəksiniz? Bunun limiti varmı?

- Limit yoxdur. Mən futbolçulardan, onlar da məndən dəstək görməlidir. Səhvlərimizi kollektiv içində araşdırmalıyıq. Çatışmayan cəhətləri daha yaxşı bilirəm.

- “Vorskla” ilə oyunda sanki çox güc sərf olunmuşdu. Bunun yorğunluğu hiss olunurdumu?

- Hər məğlubiyyətdən sonra psixoloji yorğunluq olur. Bu gün də heyətdə çox dəyişiklik etmişdim. Bəzi oyunçuları riskə atmaq istəmədim. Əsas heyətdən 3 oyunçu oynadırdım. Amma hiss edirdim ki, onlar üçün oynamaq ağırdır. Məğlubiyyətin səbəbini bunda axtarmaq istəməzdim. Sadəcə bu görüşə hazırlaşmaq üçün vaxtımız az olmuşdu. Bəzən belə məğlubiyyətlərin komandaya faydası olur. Üzücü olsa da, işimiz ilboyu davam edir. Bütün yorğunluqları, çatışmazlıqları arxada qoymalıyıq.

- Əlinizin altındakı heyət çempionluq üçün yetərlidimi?

- Futbolçularımın hər birinə güvənirəm. Bu heyətlə gözəl qələbələrimiz olub. Həm çempionatda, həm avrokuboklarda. Çempionatda inanmıram elə ciddi problemimiz olsun. Sadəcə, dəyişikliklər olur, hər oyun istədiyimiz kimi çıxış edə bilmirik. Düşünürəm ki, qarşıdakı oyunlar daha yaxşı olacaq.

- Jezniçakın əvəzinə Rəşad Sadıqovun meydana çıxması nə ilə bağlıdı?

- Bayaq dediyim kimi, yorulmuşdular. Jezniçak həddən artıq yorğun olsa da, onun təcrübəsinə ehtiyacımız var idi. İlk hissənin sonlarında yorğunluğunu hiss etdiyim üçün onu əvəzlədim.

- Azarkeşlər Mirabdulla Abbasovu yığmada görmək istədiklərini bildirdilər...

- Bütün oyunçular nəzarətdədir. Bütün bacarıqlı futbolçu yığmada ola bilər. Bizim hər toplanışımızda yeni oyunçu olur. Mənim siyahımda olan futbolçular arasında Mirabdulla da var. Onların hamısı milliyə çağırıla bilər.

22 Noyabr 2024 Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
20 Noyabr 2024 Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
20 Noyabr 2024 "Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
20 Noyabr 2024 Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
19 Noyabr 2024 UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq
18 Noyabr 2024 “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi– Ronaldinyo haqqında bilmədikləriniz - Video
16 Noyabr 2024 Mayk Tayson Cek Paul yarışı başa çatdı - Qalib isə... FOTO
16 Noyabr 2024 UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək
15 Noyabr 2024 "Barselona" prezidenti COP29 üçün Bakıya gəlir
15 Noyabr 2024 Messi bu tarixdə Azərbaycana gəlir
14 Noyabr 2024 AFFA prezidenti Ronaldinyo ilə görüşdü
14 Noyabr 2024 Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı
13 Noyabr 2024 Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - Foto
13 Noyabr 2024 Ronaldinyo paylaşımında Bakı haqqında nə demişdi? - Video
31 Oktyabr 2024 Xanım boksçumuzdan tarixi uğur
30 Oktyabr 2024 Qara Qarayevin yeni klubu bəlli oldu - Baş məşqçi AÇIQLADI
29 Oktyabr 2024 Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib
24 Oktyabr 2024 UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq
22 Oktyabr 2024 UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək
21 Oktyabr 2024 “Mahirin qolu işimizi asanlaşdırdı” - Kloze

Xəbər lenti