|
“Traktor” böyük və çox tərəfdara malik olan bir komandadır. Təbrizdə hər yerdə “Traktor”dan danışırlar. Yaşlılar, gənclər – hər kəs bu komandadan bəhs edir. Bu mənim üçün də önəmli məsələdir.
Axar.az xəbər verir ki, bu sözləri Təbrizin “Traktor” futbol komandasının irlandiyalı hücumçusu Antoni Stokes deyib. O, təmsil etdiyi komandanın azərbaycanlılar tərəfindən çox sevildiyini deyib:
“Düşünürəm ki, bu komandada uğur qazana bilərəm. Bu mövsümdə “Traktor”u seçdiyimdən xoşhalam, bu, mənim üçün çox yaxşıdır. Ona görə ki, oynadığın komandanın çox tərəfdarı var və böyük bir klubdur. Təkcə mənim uğur qazanmağım önəmli deyil. Şübhəsiz ki, istəyərəm bu mövsümdə 25-dən çox qol vurum və birinci olum. Lakin ən önəmli məsələ odur ki, klub çempion olsun və qarşısına qoyduğu hədəflərə çatsın. Bizim mövsümün əvvəlində bəxtimiz gətirmədi və müəyyən xallar itirdik. Lakin vəziyyətimiz artıq dəyişib və getdiyimiz yolda uğur qazanmaq , hətta çempion olmaq imkanı var. Əminəm ki, qarşıdakı həftələrdə daha sürətlə hədəfə doğru hərəkət edəcəyik”.
Qeyd edək ki, Antoni Stokes İrlandiya milli komandasının keçmiş oyunçusudur. O, hazırda Super Liqa yarışlarında İran üzrə ən çox qol vuran oyunçudur.