Bizi gəlir gətirməyən döyüşlər maraqlandırmır.

 

Axar.az xəbər verir ki, bu sözləri UFC üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Abdel-Əzizi deyib.

“Həbib dünya superulduzuna çevrilib. Həbib Putinlə, Ərdoğanla görüşür, digəri isə tövlədə alkoqol satmaqla məşğuldur. Onlar sanki fərqli planetlərdəndir. Qoy öz işləri ilə məşğul olsunlar”, - menecer bildirib.

İdmançının meneceri Həbibin potensial rəqibləri məsələsinə də toxunub.

“Askren və ya Vudli Həbibə hətta toxuna bilməyəcəklər. Məni namizədlər narahat etmir, ancaq bizə 50-100 milyon dollar gəlir gətirəcək rəqib lazımdır. Askren və Vudli heç 100 min də gətirə bilməzlər”, - menecer fikrini tamamlayıb.

Xəbər lenti