|
Argetinalı prokuror Pablo Turano futbolçu Lionel Messini çirkli pulların yuyulmasında ittiham edib.
İstintaq yaxın zamanlarda Messinin sahibi olduğu “Leo Messi” xeyriyyə fondunun fəaliyyətini yoxlayacaq. Müstəntiqlərin fikrincə, bu təşkilat çirkli pulların yuyulmasında iştirak edib.
Məlum olub ki, fondun ianələrinin bir qismi ofşor zonalardakı hesablara köçürülüb.
Qeyd edək ki, keçən ilin iyununda Messiyə qarşı daha bir məhkəmə prosesi keçirilib. O, 1,4 milyon avro dəyərində vergi ödəməməkdə ittiham edilib. Məhkəmə Messinin 21 ay həbs cəzasına məhkum edilməsi haqqında qərar çıxarsa da sonradan bunu 250 min avroluq cəriməyə çevrilməsinə razılıq verib.