|
Türkiyə çempionatının 11-ci turunda öz meydanında “Fənərbağça” ilə heç-heçə edən “Qalatasaray”da oyunun hakiminə etirazlar davam edir.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, 2-2 hesabı ilə başa çatan oyun zamanı rəqib komandanın futbolçuları ilə dalaşan “Qalatasaray”ın köməkçi məşqçisi Həsən Şaş sosial şəbəkələr vasitəsi ilə oyunla bağlı ismarış göndərib. Komandasının üzərinə bəzi qüvvələrin hücuma keçdiyini qeyd edən veteran futbolçu rəqiblərinə üstüörtülü mesaj yollayıb.
Qeyd edək ki, 2 gün əvvəl keçirilən oyun ərzində baş hakim Fırat Aydınus “Qalatasaray”ın qapısına mübahisəli penalti təyin edib. Bu isə hər zaman emosinal davranışları ilə seçilən Hasan Şaşın dava-dalaş salmasına səbəb olub.