|
Güney Azərbaycanın Qoşaçay şəhərindən olan boksçu Türkiyədə “Traktor” komandasının bayrağı ilə rinqə çıxıb.
Qarışıq Döyüş Sənətləri (Mixed Martial Arts) yarışlarında iştirak edən və ən güclü idmançılardan biri hesab olunan Əhəd Qurbaninin “Traktor” bayrağı və türklərə məxsus papaqla rinqə çıxması böyük marağa səbəb olub.
İdmançının daşıdığı bayraqda latın və ərəb əlifbası ilə “Yaşasın Azərbaycan” və “Yaşasın “Traktor” sözləri yazılıb. Onunla birlikdə rinqə çıxan idmançı isə “Yaşasın Qoşaçay”, “Yaşasın Azərbaycan” və s. yazılmış banner nümayiş etdirib.
Əhəd Qurbaninin çıxışı Türkiyənin TV8.5 telekanalından canlı olaraq yayımlanıb. Onun bu hərəkəti türkiyəli tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Əhəd Qurbani bundan əvvəl bir neçə dəfə “Mixed Martial Arts” yarışlarında böyük uğurlara imza atıb.