Çempionlar Liqası: “Real Madrid” “Mançester Siti”yə, “Yuventus” PSV-yə qarşı

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Son oyun günündə keçiriləcək 4 matçdan sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.

Günün ilk görüşü Almaniyada Dortmund “Borussiya”sı ilə Portuqaliya “Sportinq”i arasında oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Bu mərhələnin ən prinsipial oyunu isə İspaniyada keçiriləcək. “Real Madrid” İngiltərədə 3:2 hesabı ilə qalib gəldiyi “Mançester Siti”ni bu dəfə “Santyaqo Bernabeu” stadionunda qəbul edəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

19 fevral

21:45. "Borussiya Dortmund" (Almaniya) - "Sportinq" (Portuqaliya)

İlk oyun - 3:0

00:00. PSJ (Fransa) – “Brest” (Fransa)

İlk oyun - 3:0

00:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

İlk oyun - 3:2

00:00. PSV (Niderland) - "Yuventus" (İtaliya)

İlk oyun - 1:2

Qeyd edək ki, pley-off mərhələsinin ötən gün keçirilmiş cavab oyunlarından sonra Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, Niderlandın “Feyenoord” və Belçikanın “Brügge” komandaları 1/8 finala vəsiqə qazanıblar. Bu raundun püşkatma mərasimi fevralın 21-də keçiriləcək.

14 Fevral 2025 Bakıda "Böyük Dəbilqə" turnirinə bu gün start verilir
10 Fevral 2025 “Meydançadan çıxmağımızı o istədi” - “Adana Demirspor”un baş məşqçisi
07 Fevral 2025 Hoteldə qızla tanış olmaq istəyən azərbaycanlı futbolçunu komandadan qovdular
07 Fevral 2025 “Liverpul” “Tottenhem”i darmadağın edib finala yüksəldi
05 Fevral 2025 Azərbaycan çempionatı hansı formatda olacaq? - Sərxan Hacıyevdən açıqlamalar
04 Fevral 2025 "Formula 1": Bakıdakı əsas yarışın başlayacağı vaxt bəlli olub
03 Fevral 2025 Mariya Stadnik karyerasını bitirdi
31 Yanvar 2025 "Neftçi" bu gün "Şamaxı" ilə, "Sabah" "Kəpəz"lə üz-üzə gələcək
27 Yanvar 2025 "Qarabağ"ın Yunanıstana səfər proqramı bəlli olub
23 Yanvar 2025 "Qarabağ" bu gün Rumıniya komandası ilə qarşılaşacaq
22 Yanvar 2025 UEFA Çempionlar Liqası: Liqa mərhələsində VII tura yekun vurulacaq
21 Yanvar 2025 Çempionlar Liqasında ilin ilk oyunları
15 Yanvar 2025 Çempionlar Liqasında həlledici görüş Bakıda keçiriləcək
13 Yanvar 2025 "Qarabağ"ın "Flamenqo"ya keçən hücumçusu Braziliyaya yollanıb
13 Yanvar 2025 “Barselona” “Real Madrid”i böyük hesabla məğlub etdi
04 Yanvar 2025 Cəsarət Əhmədovun Ölkə Çempionatında İlhamlandırıcı Çıxışı
03 Yanvar 2025 “Qarabağ” Juninyo transferindən nə qədər qazanacaq? - “Marca” yazdı
29 Dekabr 2024 “Böyük bir klubun sahibi olacağam”
25 Dekabr 2024 Prezident bu idmançılara ev verdi - Fotolar
21 Dekabr 2024 Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək

Xəbər lenti