Qar-şaxta gəlir: Qurumlar XƏBƏRDARLIQ ETDİ - Bu gündən...

Bu gündən 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə qar yağacağı, temperaturun tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bəs havaların qarlı-şaxtalı keçməsi virus və mikrob xəstəliklərinin, infeksiyaların gedişinə necə təsir edə bilər? Ümumiyyətlə, Bakı da daxil, ölkədə epidemioloji vəziyyət hazırda necədir? Ən çox hansı viruslar aktivdir?

Qeyd edək ki, hazırda dünyada kəskin respirator virus infeksiyaları geniş şəkildə yayılıb. Xüsusilə metapnevmovirus (HPMV) bir çox ölkədə, o cümlədən Çin, Qazaxıstan və Rusiya Federasiyasında qeydə alınıb. Bu virus əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslərdə öskürək, burun tutulması, hərarət və nəfəs darlığı kimi simptomlarla özünü göstərir.

həkim-infeksionist Sadiqə Əliyeva mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, payız -qış mövsümü kəskin respirator virus infeksiyalarının aktivləşdiyi bir dövrdür: “Ona görə infeksiyalar bu dövrdə daha çox müşahidə olunur. Bəzən də insanlar geyimlərini havaya uyğun tənzimləmirlər. Ya həddən artıq qalın geyinib tərləyir, ya da soyuq havada nazik geyinirlər. Bu səbəbdən də soyuqdəymələr olur. Qapalı yerlərdə insanların toplaşması, otaqların havalandırılmaması virusların yayılmasına səbəb olur”.

İnfeksionistin sözlərinə görə, hazırda ən çox “A” qrip virusu - influenza yayılıb. Koronavirus az da olsa, var. Eləcə də digər respirator viruslar da müşahidə olunur: "Bu viruslar yalnız bu il üçün xarakterik deyil, hər il olur. Havalar isindikcə xəstəliklər də azalacaq. Bu dönəmlərdə valideynlər çalışmalıdırlar ki, xəstə olan övladlarını məktəblərə, bağçalara göndərməsinlər. Bu həm uşağın özünə faydalıdır, həm də infeksiyanı digərlərinə keçməsinin qarşısını alacaq. Bütün yaş qruplarına aiddir, xəstə olduqları zaman vacib getməli yerlərə mütləq maskadan istifadə etsinlər. Əl gigiyenasına diqqət etsinlər. Otaqlar tez-tez havalandırılsın".

Sadiqə Əliyeva insanların “sistem vurdurum, sağalacağam” kimi fikirlərinə də diqqət çəkib: “Sistemin tətbiq edilməsi iki halda olur. Birincisi, orqanizm çoxlu maye itirdiyi zaman, o mayeni qəbul etmək üçün vurulur. İkinci hal isə dezintoksikasiya zamanı istifadə edilir ki, yüksək dərəcədə hərarət olanda həmin mayeni bərpa etmək üçündür. Yəni şəxsin qaytarması, qusması yoxdursa, özü kifayət qədər maye qəbul edə bilirsə, sistemə heç ehtiyac yoxdur. Sistem o adama qoyulur ki, içə bilmir, mayeni özü qəbul edə bilmir. Hər adama ucdantutma sistem qoymaq düzgün deyil”.

Onu da nəzərə çatdıraq ki, Ümumdünya Səhiyyə Təşkilatı gələcəkdə pandemiyaya səbəb ola biləcək potensial təhlükəli patogenlərin siyahısını təqdim edib. Bu siyahıya hazırda A qrip virusları, qızdırma və meymun çiçəyi də daxil olmaqla, 30-dan çox patogen daxildir. Alimlər bu siyahını tərtib etmək üçün təxminən iki il vaxt sərf edərək, viruslar və bakteriyalar da daxil olmaqla 1,6 mindən çox patogen növünü öyrəniblər.

Tədqiqatçıların təqribən 57 faizi hesab edir ki, bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi ehtimalı var və buna əvvəlkilərdən daha təhlükəli olan mutasiyaya uğramış qrip virusu səbəb ola bilər. Mütəxəssislərin təxminən 21 faizi isə “ X” xəstəliyi adlı, hələ məlum olmayan bir virusun pandemiyaya səbəb ola biləcəyini düşünür.

Professor Aleksandr Çepurnovun fikrincə, quş qripi (H5N1) ən təhlükəli viruslardan biridir. Bu virusun insandan insana ötürülmə qabiliyyəti məhduddur, lakin mutasiya nəticəsində bu xüsusiyyət dəyişə bilər. Quş qripindən ölüm nisbəti 40-60% arasında dəyişir, yəni xəstələnən hər iki insandan biri həyatını itirə bilər.

Çində aparılan araşdırmalar nəticəsində xəz fermalarından götürülmüş nümunələrdə 36-sı əvvəllər məlum olmayan 125 virus müəyyən edilib. Bu virusların əksəriyyətinin heyvanlardan insanlara keçmə riski daşıdığı bildirilir. Xüsusilə yenot itləri digər heyvanlarla müqayisədə ən çox virus riski daşıyan növlər arasında qeyd edilir.

Ümumiyyətlə, yaxın gələcəkdə mutasiyaya uğramış qrip virusları, “ X” xəstəliyi kimi hələ məlum olmayan patogenlər və quş qripi kimi viruslar potensial pandemiya riski daşıyır. Bu səbəbdən, alimlər və səhiyyə təşkilatları bu patogenlərin monitorinqini davam etdirir və mümkün təhlükələrin qarşısını almaq üçün tədbirlər görürlər.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti