|
Təbrizin “Yadigari İmam” stadionunda baş tutan “Traktor” – “Zobahən” matçında qarşıdurma yaşanıb.
Axar.az xəbər verir ki, oyunda 70 mindən çox azarkeş əllərində müxtəlif yazılı kağızlar tutaraq qadınların oyuna buraxılmasını tələb ediblər. Azarkeşlər növbəti dəfə qadınların hüquqlarının tapdanmasına etiraz edərək, “Stadionun qapılarını qadınların üzünə açın”, “Stadiona gəlmək qadınların hüququdur”, “Qadınlar üçün azadlıq” və s. kimi şüarlar səsləndiriblər. Şüarların heç birinin fars dilində yazılmaması isə xüsusi diqqət çəkib.
Qeyd edək ki, noyabrın 9-u yerli vaxtla 15:30-da baş tutan görüş 4:1 hesabı ilə “Traktor”un xeyrinə başa çatıb.