|
Karate üzrə Azərbaycan milli komandası Madriddə keçirilən böyüklər arasında 24-cü dünya çempionatının sonuncu günündə - noyabrın 11-də bürünc medallar uğrunda yarışacaq.
Axar.az xəbər verir ki, üçüncü yer uğrunda mübarizədə milli komandamızın rəqibi çempionatın favoritlərindən sayılan Yaponiya yığmasıdır.
Baş məşqçi Şahin Xudaverdiyevin rəhbərlik etdiyi heyətdə Rafael Ağayev, Şahin Atamov, Asiman Qurbanlı, Murad Hacızadə, Pənah Abdullayev, Turqut Həsənov və Rafiz Həsənov yer alıblar.