|
Noyabrın 16-da Portuqaliyada Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) təşkilatçılığı ilə paracüdoçular arasında dünya çempionatı keçirilir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Axar.az-a bildiriblər ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Bayram Mustafayev əlcəzairli rəqibi S.Lamrini ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Milli komandamızın iki cüdoçusu Vüqar Şirinli və Orxan Qarayev 60 kiloqram çəki dərəcəsində üçüncü yer uğrunda tatamidə qarşılaşıblar. V.Şirinli qalib gələrək bürünc medala sahib olub.
Paralimpiyaçımız Ramil Qasımov 73 kiloqram çəki dərəcəsində Gürcüstan təmsilçisini məğlub edərək bürünc medal qazanıb.
Qadınların final mübarizəsində isə Şəhanə Hacıyeva (48 kiloqram) dünya çempionatının gümüş medalını əldə edib.
Yarışlarda milli komandamız 14 idmançı ilə təmsil olunur.