Çində keçirilən Formula-3 çempionatında alman pilot Sofiya Flerşin düşdüyü qəzanın videosu yayılıb.

Axar.az xəbər verir ki, Makaodakı yarışda 4-cü dövrədə 17 yaşlı idmançının idarə etdiyi maşın rəqiblərindən biri ilə toqquşub. Toqquşmanın təsirindən avtomobil şosedən kənara uçub.

Flerş ciddi yara alıb və təcili xəstəxanaya yerləşdirilib.

Qəza zamanı iki fotoqraf olmaqla 3 tamaşaçı yaralanıb.

Axşama doğru idmançı xanım Tvitterdə status paylaşıb: “İstəyirəm hamı bilsin ki, qaydasındayam, səhər tezdən əməliyyat olunacağam. Dəstəyinizə görə hamınıza minnətdaram”.

Xəbər lenti