|
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Çempionlar Liqasının C qrupunda keçiriləcək “Roma” – “Real Madrid” qarşılaşmasına dəvət edilib.
Axar.az xəbər verir ki, “Roma” klubunun prezidenti Ceyms Palotta və idman direktoru Monçi FİFA meneceri Bayram Tutumlu vasitəsi ilə “Real Madrid”lə keçirəcəkləri görüşə Dövlət Baxçalını dəvət edib.
Rəsmi dəvəti dəyərləndirən Baxçalı proqramının sıx olmasına baxmayaraq, türk futbolçu Çingiz Ündəri dəstəkləmək istədiyini bildirib.
“Roma” klubu həmin qarşılaşmaya məşhur tennisçi Rafael Nadal və aktyor Antonio Banderası da dəvət edib.